PDF Oxu

Xəbərlər

  • 18

Tapdıq Qurbanlı Musa Urudun "Uruda iki səfər" kitabının təqdimat mərasimi keçirilib

Tapdıq Qurbanlı Musa Urudun "Uruda iki səfər" kitabının təqdimat mərasimi keçirilib
Dünən Yazıçılar Birliyində Musa Urudun "Uruda iki səfər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Fəzail Ağamalı, Aqil Abbas, Məlahət İbrahimqızı, İlham Məmmədov, Azay Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid Musa Urudun publisistik yazılarına toxunaraq bildirib ki, onun qələmə aldığı publisistik yazılar oxucular və bizlər tərəfindən maraqla qarşılanır. Yazıçılar Birliyində Musa Uruda xüsusi qayğının olduğunu deyən baş redaktorun sözlərinə görə, təqdimat mərasiminin keçirilməsində əsas məqsəd ona olan qayğı və diqqətin bildirilməsidir. Daha sonra tədbirdə söz alan millət vəkili Fəzail Ağamalı Musa Urudun sənətinin vurğunu olduğunu dilə gətirib. Daha sonra Musa Urudun ölkə siyasətindəki roluna toxunan F. Ağamalı söyləyib ki, 10 ildən artıqdır ki, millət vəkili kimi bir yerdə fəaliyyət göstərərək layiqincə xalqa xidmət edirik.
Tədbirin davamında çıxış edən millət vəkili Məlahət İbrahimqızı səbəbkarın insani keyfiyyətlərinə toxunaraq: " Mən həmişə insanın şəxsiyyətinə fikir verirəm və o şəxsiyyətlərdən biri də Musa Uruddur. Musa müəllim çox kamil bir insandır və onda qeyri-adi qabiliyyət var",- deyə qeyd edib.
Millət vəkili Azay Quliyev isə Musa Urudu vətənpərvər və xalqına bağlı olan bir insan kimi qiymətləndirərək vurğulayıb ki, Musa Urud çox yaradıcı bir insandır.
Qeyd edək ki, tədbir müzakirələr əsasında davam edib. Tədbir iştirakçıları kitab haqqında öz fikir və rəylərini bildiriblər.

Digər xəbərlər