PDF Oxu

Xəbərlər

  • 14

"İRƏLİ" xaricdə təhsil almaq istəyən gənclərə dəstək olacaq

"İRƏLİ" xaricdə təhsil almaq istəyən gənclərə dəstək olacaq
"İRƏLİ" İctimai Birliyi təhsilini xaricdə davam etdirmək və ya başlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə "İRƏLİ" Xaricdə Təhsil Mərkəzinin fəaliyyətə başlamasına qərar verib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, Mərkəz "İRƏLİ" İctimai Birliyi və Böyük Britaniyanın "Caspian-Khazri" Cəmiyyətinin təşkilatçılığı ilə fəaliyyətə başlayır. Mərkəz hər bir müraciət edən şəxsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlayır. Dünyanın aparıcı təhsil şirkətləri ilə mövcud olan əməkdaşlıq sayəsində "İRƏLİ" Xaricdə Təhsil Mərkəzinə müraciət edən hər bir şəxsin qabiliyyəti və arzusuna uyğun olan xarici təhsil müəssisəsində təhsil almasına zəmanət verir. "İRƏLİ" Xaricdə Təhsil Mərkəzi mövcud proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə xidmətlər təklif edir: Xarici universitetlərə qəbul üçün şəraitin yaradılması (Xidmət çərçivəsində xarici universitetlərin və müvafiq xidmətlərə uyğun olan qiymətlərin əks olunduğu kataloqun təqdim olunması və istənilən tələbəyə öz nəticələrinə uyğun olaraq arzu etdiyi universiteti seçməsinə şəraitin yaradılması) "British Council" ilə birlikdə peşəkar xarici dil kurslarının, xüsusilə IELTS kurslarının təşkili Xarici universitetlərə uğurla qəbul olmuş gənclərə və ya xaricdə təşkil olmuş proqramlarda iştirak etmək istəyən şəxslərə visa dəstəyi 30-a qədər xarici ölkə üzrə konsaltinq və qeydiyyat xidmətləri Bir sıra fərdi, ixtisasartırma, yay proqramlarının təşkili

Digər xəbərlər