PDF Oxu

Xəbərlər

  • 23

YAP-ın sıralarında gənclərin sayı artır

YAP-ın sıralarında gənclərin sayı artır
YAP Biləsuvar rayon təşkilatının gənclər birliyinin keçirdiyi tədbirdə ölkədə "müxalifət" adlı bir qurumun olmadığı vurğulanılıb. Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev son günlər 5-10 nəfər radikal müxalifətçinin respublikada qarışıqlıq yaratmaq cəhdlərinin bütün region gəncləri kimi, Biləsuvarda da kəskin pislənildiyini söyləyib: "Azərbaycan gəncliyi öz vətənpərvərliyi, siyasi fəallığı və vətəndaş mövqeyi ilə həmişə fərqlənib.
Buna görə də, biz gənclərimizlə fəxr edirik, qürur hissi duyuruq. Çünki bugünkü gənclərimiz yüksək intellekti, savadı, təhsili, müasir dünyagörüşə malik olması ilə fərqlənirlər".
K.Mirzəyev ölkəmizdə həyata keçirilən hərtərəfli tədbirlər nəticəsində bütün sahələrdə inkişaf və tərəqqinin geniş vüsət aldığını, əhalinin rifah halının gündən-günə yaxşılaşdığını, sosial müdafiənin gücləndirildiyini vurğuladı: "Ölkəmizdə həyata keçirilən islahatların və ölkə Prezidenti İlham Əliyevin siyasətinin çox uğurlu cəhətlərindən biri Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsidir. Regionların inkişafı Dövlət Proqramının məqsədi məhz insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Bölgələrdə gedən quruculuq-abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir".
YAP Biləsuvar rayon gənclər birliyinin sədri Kamil Qurbanlı çıxış edərək, "Hazırda biz gənclərin üzərinə düşən əsas vəzifələr nədir?" sualını rayonun fəal gənclərinə yönəltdi və bu sual ətrafında gənclər geniş fikir mübadiləsi apardılar.
Toplantıda YAP Biləsuvar rayon təşkilatının üzvlərindən Səyalə Orucova, Ləman Mənsimli, Afaq Əhmədova, Fəqan Hüseynov, Aqşin Bağırov, İlkin Ağayev, Günay Məmmədova və başqaları çıxış edərək, radikal müxalifətin dağıdıcılıq kimi pis əməllərinə öz qəti etirazlarını bildirdilər.

Digər xəbərlər