PDF Oxu

Xəbərlər

  • 16

“Azərbaycan mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların sülh şəraitində bərabər yaşadığı bir ölkədir“

“Azərbaycan mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların sülh şəraitində bərabər yaşadığı bir ölkədir“
"Azərbaycan mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların sülh şəraitində bərabər yaşadığı bir ölkədir". Bu sözləri Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik" mövzusunda keçirilən I sessiyada çıxışında deyib. Nazir bu cür tədbirlərin və mədəniyyətlərarası dialoqun önəmini vurğulayıb: "Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, ya da mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcək. Mən sizlərdən mədəniyyətlərarası dialoqu gücləndirmək üçün təkliflər gözləyirəm. Dünyadakı, o cümlədən, Yaxın Şərqdəki son hadisələr bunu aktuallığını təsdiqləyir".

Digər xəbərlər