PDF Oxu

Xəbərlər

  • 14

Abdullah Gül: "Bütün Qafqazda təhlükəsizliyin təmin olunmasını istəyirik"

Abdullah Gül: "Bütün Qafqazda təhlükəsizliyin təmin olunmasını istəyirik"
"Bütün Qafqazda təhlükəsizlik, əməkdaşlığa söykənən geniş bir müstəvinin meydana çıxmasını istəyirik". Trend-in məlumatına görə, Türkiyə Prezidenti Abdullah Gül bunu Avropa Şurasına səfəri zamanı AŞPA sədri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan-Türkiyə münasibətləri, Cənubi Qafqazdakı vəziyyətə münasibət bildirərkən deyib. Türkiyə Prezidenti bütün Qafqazda təhlükəsizlik və əməkdaşlığa söykənən geniş bir platformanın yaranmalı olduğunu qeyd edib: "Mən Ermənistana səfər edən ilk Türkiyə prezidentiyəm. Arzum bütün Qafqazda Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və şübhəsiz Rusiya da olmaqla, təhlükəsizlik və əməkdaşlığa söykənən geniş bir platformanın ortaya çıxmasıdır. İstəyirik ki, bütün Qafqaz təhlükəsizliyə və əməkdaşlığa dayanan yeni məkan olsun. Bu istiqamətdə işlər görülür. Bəzən bunlar səssiz, bəzən də görünən formada aparılır".

Digər xəbərlər