PDF Oxu

Xəbərlər

  • 12

RF Prezident Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək

RF Prezident Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək
Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 22-də Azərbaycana səfər edəcək. RF-nin Prezident Administrasiyasının rəhbəri Bakıda Rusiya Məlumat-mədəniyyət mərkəzinin yeni binasının açılışında iştirak edəcək. Səfər zamanı Narışkini Rusiya Federasiyası Prezidentinin köməkçisi Cahan Pallıyeva, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Prezidentinin MDB iştirakçısı olan ölkələrlə əlaqələr və Rusiya Həmvətənlərin İşləri üzrə Əməkdaşlıq Təşkilatının rəhbəri Fərid Muhametşin və Rusiyanın digər məşhur dövlət və ictimai xadimlərinin daxil olduqları nümayəndə heyəti müşayiət edəcək.

Digər xəbərlər