PDF Oxu

Xəbərlər

  • 16

Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı arasında niyyət protokolu imzalanıb

Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı arasında niyyət protokolu imzalanıb
Dünən sənaye və energetika naziri Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger arasında niyyət protokolu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Avropa Komissiyasının sədri Manuel Barrozonun Azərbaycana ilk səfəri hər tərəfdən çox mühüm bir məsələdir. O bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Manuel Barrozo tərəfindən birgə bəyannamənin imzalanması böyük əhəmiyyət kəsb edir: "Ötən gün hər iki prezidentin bizlərə birgə tapşırığı olub. Beləliklə, həm Günter Ottinger, həm də mənə tapşırılıb ki, birgə bəyannamədən irəli gələn məsələlər, tədbirlər tezliklə həyata keçirilsin. Bu gün niyyət protokolunu imzaladıq və birgə bəyannaməni necə həyata keçirəcəyimizi razılaşdırdıq. Bu bizim bir yol xəritəsidir. Belə qərar gəlindi ki, birgə işçi qrupu yaradılsın və həm Avropa İttifaqı Komissarlığı, həm də Azərbaycan tərəfindən bütün mütəxəssislərin və ekspertlərin iştirakı təmin edilsin. Eyni zamanda, xarici şirkətlər və maraqlı olan tərəflər bu işə cəlb olunacaq. "Cənub dəhlizi"nin yaradılmasında hüquqi, siyasi, kommersiya, texniki məsələlər, hansısa problemlər, çətinliklər üzə çıxırsa, tezliklə bunlara aydınlıq gətirməliyik. Hər iki aydan bir Prezident İlham Əliyev və Avropa Komissiyasının Manuel Barrozoya hesabatlar və məlumatlar verəcəyik. Bu işin təşkili bizə tapşırılıb". Natiq Əliyev vurğulayıb ki, ötən gündən ölkəmizdə səfərdə olan M.Barrozo Prezident İham Əliyevlə görüşüb və bu görüşdə Azərbaycan və Avropa Komissiyası arasında hərtərəfli münasibətlər müzakirə olunub. Onun sözlərinə görə, Barrozonun buraya səfərində əsas məqsəd enerji məsələlərinin həll olunmasıdır. "Bunun mühüm bir hissəsi "Cənub dəhlizi"nin yaradılması və onun inkişafıdır. Bu məqsədə çatmaq üçün Avropa İttifaqı Azərbaycan Respublikasını onun ehtiyatlarını, neft və qaz sənayesini, qaz ixrac edən ölkə kimi yüksək qiymətləndirir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Manuel Barrozo tərəfindən birgə bəyannamə imzalanıb. Bunun əsas məqsədi iki tərəf arasında bu dəhlizin yaradılmasında səylərin birləşməsi, bu istiqamətdə birgə işlərin görülməsidir", - deyə o əlavə edib.

Digər xəbərlər