PDF Oxu

Xəbərlər

  • 15

"Azərbaycanın işğal olunmuş ərazilərinə səfər Azərbaycan Respublikasının dövlət sərhəddinin pozulması hesab ediləcək"

"Azərbaycanın işğal olunmuş ərazilərinə səfər Azərbaycan Respublikasının dövlət sərhəddinin pozulması hesab ediləcək"
Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər etməməyə çağırıb. SİA-nın xəbərinə görə, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən Polşa XİN-in məlumatında deyilir. Məlumatda o da qeyd olunur ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və Bakıdakı hakimiyyətlə ilkin razılaşdırma olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər Azərbaycan Respublikasının dövlət sərhəddinin pozulması hesab ediləcək. Qeyd edək ki, Avropa parlamentinin üzvü, Ermənistan üzrə əsas məruzəçi, polşalı deputat Tomaş Poreba ötən il dekabrın əvvəllərində Ermənistana səfəri çərçivəsində bu ölkənin işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda olub. O, bu səfəri zamanı separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Polşa tərəfinə etiraz notasını təqdim edib və Porebanı "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Digər xəbərlər