PDF Oxu

Xəbərlər

  • 16

Azərbaycan BMT Təhlükəsizlik Şurasının İraqa qarşı sanksiyaları ləğv etməsini alqışlayır

Azərbaycan BMT Təhlükəsizlik Şurasının İraqa qarşı sanksiyaları ləğv etməsini alqışlayır
"Azərbaycan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının İraqa qarşı sanksiyaları aradan qaldırmaq barədə qərarını alqışlayır".
APA-nın İraqa qarşı BMT-nin sanksiyalarının aradan qaldırılması məsələsinə dari XİN-in mövqeyi ilə bağlı sualı nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov belə şərh edib: "Ümidvarıq ki, bu qərar İraq xalqının inkişafına xidmət etməklə bərabər, digər dövlətlərlə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prosesinə böyük təkan verəcək. Azərbaycan ilə İraq arasında tarixi əlaqələr mövcuddur və bu əlaqələr inkişaf edən xətlə irəliləyir. Biz İraqın hər zaman sabit, stabil və inkişaf edən dövlət olmasını istəyirik və iki ölkə arasındakı münasibətlərə sırf bu prizmadan yanaşırıq".

Digər xəbərlər