PDF Oxu

Xəbərlər

  • 19

Milli Məclisin deputatı Aydın Mirzəzadənin seçkidən sonra seçicilərlə ilk görüşü olub

Milli Məclisin deputatı Aydın Mirzəzadənin seçkidən sonra seçicilərlə ilk görüşü olub
YAP-dan deputatlığa namizədliyi irəli sürülən, 47 saylı Mingəçevir Seçki Dairəsindən seçilən Milli Məclisin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə 08-09 dekabr 2010-cu il tarixdə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında öz seçiciləri ilə görüşüb. İki gün müddətində 200-ə yaxın seçici ilə fərdi görüşlər keçirərək onların şəxsi, sosial və bu gün aktual olan problemləri ilə yaxından tanış olub, onların həllinə köməklik göstərəcəyinə söz verib.
Bundan başqa Milli Məclisin deputatı A.Mirzəzadə YAP Mingəçevir şəhər təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri ilə də görüş keçirib. Aydın Mirzəzadə görüşdə YAP-ın namizədinə etimad göstərdiklərinə, seçkidə fəallıq göstərdiklərinə görə seçicilərə öz təşəkkürünü bildirib. Daha sonra Mingəçevirin bəzi məsələləri ilə bağlı fikir mübadiləsi olub, dövlət quruculuğu istiqamətində maraqlı fikirlər söylənilib.
Növbəti günün birinci yarısında A.Mirzəzadə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialının müəllim və tələbələri ilə görüşüb. Görüş zamanı təhsilə xüsusi diqqətin olduğunu vurğulayan Milli Məclisin deputatı öz ənənəsinə sadiq qalaraq bu dəfə də 3 gənc tələbə qızın təhsil haqlarının 50 %-ni ödəyərək gənc tələbələrə maddi dəstək olub.
Milli Məclisin deputatı günün ikinci yarısından sonra yenə də fərdi qaydada seçicilərlə görüşərək, onların problemləri ilə tanış olub. Görüşdən sonra A.Mirzəzadə bir seçicisinin evinə də baş çəkib. Seçici Qasımova Məxmər Əsgər qızına televizor hədiyyə edib və ərzaq yardımı göstərib.

Digər xəbərlər