PDF Oxu

Xəbərlər

  • 19

"Elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın"

"Elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın"
"Bu gün kimsə müalicə üçün xaricə gedirsə, bu, o demək deyil ki, həmin şəxsin Azərbaycanda müalicəsi mümkün deyil".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanov deyib: "Hazırda elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın". O, bəzi vətəndaşların qonşu ölkələrdə müalicə almağa üstünlük verməsinə münasibət bildirərkən bunun hər bir xəstənin şəxsi işi olduğunu söyləyib: "Ancaq deyə bilərəm ki, qonşu ölkələrdə müalicə olunmuş çoxlu sayda xəstə üzərində buraxılmış həkim səhvlərini şəxsən mən düzəltmişəm".
Ə.Əmiraslanov Azərbaycanda çoxlu sayda yüksək səviyyəli həkimin olduğunu, bununla yanaşı, səriştəsiz həkimlərə də rast gəlindiyini vurğulayıb.

Digər xəbərlər