PDF Oxu

Xəbərlər

  • 13

"Neft sektorunun Azərbaycan iqtisadiyyatındakı rolu hələ 50 il böyük olacaq"

"Neft sektorunun Azərbaycan iqtisadiyyatındakı rolu hələ 50 il böyük olacaq"
Neft sektorunun Azərbaycan iqtisadiyyatındakı rolu hələ 50 il böyük olacaq. "APA-ECONOMICS"in məlumatına görə, bunu Azərbaycanın baş naziri Artur Rasizadə bildirib. Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün görülən işlərə toxunan baş nazir qeyd edib ki, ölkədə əsasən turizm, kənd təsərrüfatı, maşınqayırma, metallurgiya, elektron avadanlıqların istehsalı, yüngül sənaye, qida sənayesi və bu kimi sahələr inkişaf etdiriləcək: "Neft sektoru Azərbaycan üçün ənənəvi sahədir və bu sektorun ölkə iqtisadiyyatında rolu hələ 50 il böyük olacaq. Eyni zamanda gələcək - dolanışıq və vergilər haqqında düşünmək lazımdır". Xatırladaq ki, dünən Baş nazir Artur Rasizadə Bakı Sərgi Mərkəzində Özbəkistanın ilk Milli Sərgisi ilə tanış olub. Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qəniyev sərgidə nümayiş olunan məhsullar barədə Artur Rasizadəyə ətraflı məlumat verib. Sərgi ilə yaxından maraqlanan Baş nazir A.Rasizadə KİV nümayəndələrinə bildirib ki, Özbəkistanda və Azərbaycanda keçirilən milli sərgilər ölkələrimiz arasında mövcud əlaqələri daha da inkişaf etdirəcək.

Digər xəbərlər