Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Sivasdakı qəza ilə əlaqədar Türkiyəyə gedib
Dünən bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Azərbaycanın Türkiyədəki səfiri və konsulu azərbaycanlı hacıların qəzaya düşdüyü Türkiyənin Sivas bölgəsinə gedəcəklər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Həcc ziyarətini tamamlayan azərbaycanlı hacıları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ən yaxın təyyarə reysi ilə bu ölkəyə yollandığını bildirib. Onun sözlərinə görə, onlar həlak olanların cənazələrinin, eləcə də tərpətmək mümkün olan yaralıların vətənə qaytarılmasına çalışacaqlar.
Qeyd edək ki, Türkiyənin Sivas əyalətində içərisində azərbaycanlı zəvvarların olduğu 90 DS 393 dövlət nömrə nişanlı avtobus idarəetməni itirərək dərəyə aşıb. Avtobusun qəzaya uğraması nəticəsində 5 adam həlak olub, 28 nəfər isə yaralanıb.