PDF Oxu

Xəbərlər

  • 14

Ermənistan müxalifəti: hakimiyyət "cib müxalifəti" düzəldir

Ermənistan müxalifəti: hakimiyyət "cib müxalifəti" düzəldir
Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçikisinə "cib müxalifəti" hazırlamaq üçün əlindən gələni edir. Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, bunu sabiq xarici işlər naziri, müxalifətçi Erməni Milli Konqresinin üzvü Aleksandr Arzumanyan bildirib. Onun sözlərinə görə, hakimiyyət istənilən yolla yeni parlamentdə də çoxluğu ələ keçirməyə çalışır və bu işdə "cib müxalifəti"nin yaradılması da variantlar arasındadır.

Digər xəbərlər