PDF Oxu

Xəbərlər

  • 9

"Son günlər ərzində 130 min vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilib"

"Son günlər ərzində 130 min vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilib"
"Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, son günlər ərzində 130 min vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilib".
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında deyib. O bildirib ki, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məsələsindən sui-istifadə edənlər var: "Daxili işlər orqanları zəruri iş aparıb. Bununla bağlı şikayətlərin olmaması onu göstərir ki, belə problem yoxdur. Epizodik hallar ola bilər".
M. Pənahov seçici siyahılarından qaynaqlanan problemin olmadığını da söyləyib: "Bu yaxınlarda bütün KİV rəhbərləri, Prezident Administrasiyasının və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə MSK-nın adından dedim ki, adı seçici siyahısında olmayan çoxlu sayda vətəndaşın adını kim bizə bildirsə, ona mükafat veriləcək. Bu günə qədər bizə bir ad da verilməyib. Amma seçici siyahısında problemlərin olduğunu yazırlar".

Digər xəbərlər