PDF Oxu

Xəbərlər

  • 14

Azərbaycan XİN Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa getməsi faktını araşdırır

Azərbaycan XİN Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa getməsi faktını araşdırır
Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bir neçə deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi faktını araşdırır. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib. "Müvafiq səfirliklərə bu faktı öyrənmək tapşırığı veriləcək. Bu fakt öz təsdiqini tapacağı təqdirdə, həmin deputatlar nazirliyin "qara siyahısı"na daxil ediləcəklər", - Poluxov qeyd edib. "Armenia Today"in verdiyi məlumata görə, cümə axşamı Azərbaycanın işğal olunmuş ərazilərinə Avropa Xalq Partiyasının eksperti Nikolas Zilberqlaydın və Avropanın "Hay Dat" komitəsinin rəhbəri Hilda Çoboyanın müşayiəti ilə Avropa Parlamentinin deputatları Danien Abad (Avropa Xalq Partiyası), Mişel Revaz (Avropa Yaşıllar İttifaqı) gəliblər.

Digər xəbərlər