PDF Oxu

Xəbərlər

  • 16

Deputatlığa namizədin "qapı-qapı" devizi altında seçicilərlə görüşləri keçirilib

Deputatlığa namizədin "qapı-qapı" devizi altında seçicilərlə görüşləri keçirilib
Dünən YAP-ın 105 saylı Tovuz seçki dairəsi üzrə deputatlığa namizədi Nəsrəddin Aslanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə kütləvi görüşləri fərdi görüşlərlə əvəzlənib. YAP-ın builki parlament seçkilərində tətbiq etdiyi texnologiyalar sırasından olan "qapı-qapı" devizi altında 105 saylı Tovuz seçki dairəsində də görüşlərə başlanılıb. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi Nəsrəddin Aslanov öz təbliğat-təşviqat kampaniyası çərçivəsində "qapı-qapı" devizi altında Tovuzun Qovlar qəsəbəsində və Aşağı Ayıblı kəndlərində seçicilərlə görüşüb. Qeyd edək ki, fərdi şəkildə hər bir seçici ilə ayrı-ayrılıqda görüşən YAP-ın 105 saylı seçki dairəsindən deputatlığa namizədi seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı məlumatlandırıb. Həmçinin, o öz seçki platforması ilə bağlı da seçiciləri məlumatlandırıb. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi N.Aslanov seçicilərin problemləri ilə də fərdi şəkildə maraqlanıb. Deputat seçilərsə, həmin problemlərin həllinə çalışacağını bildirib. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi N.Aslanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində "qapı-qapı" devizi altında görüşləri davam edir.

Digər xəbərlər