PDF Oxu

Xəbərlər

  • 9

Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir

Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir
Dünən Azərbaycana səfərə gələn İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə geniş tərkibli və təkbətək görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra iranlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib. Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. S.Əbiyev bildirib ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi qruplarının görüşləri keçirilib. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcudluğunu əsas şərt kimi diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: "Əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsinə ən böyük maneə törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir". S. Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.

Digər xəbərlər