PDF Oxu

Xəbərlər

  • 15

Elmar Məmmədyarov Yunanıstan xarici işlər naziri Dimitris Drautsas ilə görüşüb

Elmar Məmmədyarov Yunanıstan xarici işlər naziri Dimitris Drautsas ilə görüşüb
Nyu-Yorka səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Yunanıstan Respublikasının xarici işlər naziri Dimitris Drautsas ilə görüş keçirib. Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmiş və bu çərçivədə TGİ layihəsi ilə bağlı söhbət aparıblar. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlanan yunan həmkarına E.Məmmədyarov problemin həlli və danışıqlar prosesi ilə bağlı ətraflı məlumat verib. Nazir E.Məmmədyarov həmin gün Kanadanın xarici işlər naziri Lourens Kannon ilə görüşüb. Azərbaycanın və Kanadanın xarici işlər nazirləri iki ölkə arasındakı əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar. Kanadalı nazir L.Kannon Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinin vəziyyəti ilə maraqlanmış və cavab olaraq həmkarı E.Məmmədyarov tərəfindən bu məsələ ilə bağlı ətraflı məlumatlandırılıb.

Digər xəbərlər