PDF Oxu

Xəbərlər

  • 10

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Mərkəzi Seçki Komissiyanın sentyabrın 18-də növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində səlahiyyətli nümayəndələrin qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Məsələ ilə bağlı məlumat verən MSK katibi Natiq Məmmədov bildirib ki, YAP tərəfindən 136 nəfər səlahiyyətli nümayəndə və 1 nəfər maliyyə məsələləri üzrə nümayəndənin qeydiyyata alınması üçün sənədləri MSK-ya təqdim olunub. Məsələ MSK üzvlərinin müzakirəsinə verilib. Səsvermə nəticəsində YAP-ın səlahiyyətli nümayəndələrin qeydiyyata alınması barədə qərar qəbul olunub. MSK sədri M.Pənahov parlament seçkilərində iştirak etmək üçün 262 nəfər dairə seçki komissiyalarına müraciət etdiyini söyləyib. M.Pənahovun sözlərinə görə, müraciətlər 92 dairə üzrə olub. Qalan 33 dairədə isə, hələ ki, müraciət olmayıb. MSK sədri deyib ki, parlament seçkilərini müşahidə etmək üçün ölkə daxilində 200 nəfər müraciət edib və onların müşahidəçilik hüququ təsdiq olunub. MDB də seçkilərdə iştirak ilə əlaqədar arzusunu bildirib. Bundan əlavə, MSK özü də bir sıra seçki qurumlarına Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə dəvət edib. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Digər xəbərlər