PDF Oxu

Xəbərlər

  • 6

Gənclərin yüksək fəallığı yekdil qüvvə yaradır

Gənclərin yüksək fəallığı yekdil qüvvə yaradır

Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının gənclər birliyinin keçirilən tədbirində gənclərin seçkilərdə həmişə fəal olduğu bildirildi. Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov gənclərin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını söylədi. Bildirdi ki, YAP Gədəbəy rayon təşkilatı parlament seçkilərinə tam hazırdır.

R.Muradov dedi ki, YAP nəinki ölkənin, eləcə də, bölgənin aparıcı, güclü siyasi təşkilatıdır: "Məhz YAP sıralarında 520 minə qədər üzvün birləşməsi bir daha onu göstərir ki, partiyamız böyük qüvvəyə malikdir. Onu da vurğulamaq lazımdır ki, bu günə qədər heç bir siyasi partiyanın sıralarında YAP üzvləri qədər yarım milyon insan birləşməyib. Amma bütün bunları müqabilində də, YAP-ın sıraları davamlı olaraq artmaqdadır. Ona görə də, YAP olaraq bizim də məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqdır".
YAP Gədəbəy rayon təşkilatının sədri onu da vurğuladı ki, bugünkü gənclik dövlətin hərtərəfli qayğısından bəhrələnməklə geniş imkanlara və prespektivlərə malikdir. Elə bu səbəbdən də gənclər bu gün beynəlxalq təşkilatlarda, mötəbər məclislərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Bildirirəm ki, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının gəncləri yerli özünü idarə etmə orqanlarında da çox təmsil olunmaqla, bir daha sübut etdi ki, gənclər artıq fəallaşmışdır: "Belə ki, rayonumuzda keçirilən bələdiyyə seçkilərinə 285 nəfər üzvdən 88 nəfərini, yəni 31 faizini gənclər təşkil etmişdir. Onlar seçkilərdə qələbə çalaraq, yerli özünüidarəetmə orqanlarında müxtəlif vəzifələrə seçilmişlər. Ölkəmizdə yeganə güclü siyasi partiya olan YAP-a inam və etibar onun qatıldığı istənilən prosesin təmin olunmasında başlıca meyardır. Bu qələbənin əldə olunmasına Azərbaycan xalqının iradəsi xüsusi ilə də gənclərin yüksək fəallığı mühüm rol oynayır. Ona görə Yeni Azərbaycan Partiyasının gənclərin toplantısında YAP Sədrinin müavini və İcra katibi Əli Əhmədovun çıxışında cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclərin partiyamızın tərkibində çox səmərəli fəaliyyət göstərdiyini bildirmişdir. İnanıram ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti parlament seçkilərində də gənclərimiz fəallığı ilə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklər".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin sədri Elşad Bayramov ölkə gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar yetişməsi üçün ötən illər ərzində dövlət başçısı tərəfindən ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini vurğuladı. Bildirdi ki, bütün sahələrdə Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə fəal iştirak edir, böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilər. Dövlətimizin gənclərə diqqət və qayğısının bariz nümunəsi olaraq, bu gün gəncələrimiz dünyanın aparıcı universitetlərində, ali təhsil ocaqlarında, beynəlxalq əhəmiyyətli müsabiqə və yarışlarda yüksək nəticələr göstərirlər. Ona görə də, hər bir gənc ona verilən bu yüksək qiymətdən nəticə çıxararaq,ölkəmizin inkişafı və tərəqqisi naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Hər bir YAP üzvü, o cümlədən, gənclərimizin payızda keçiriləcək parlament seçkilərində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə və bu seçkilərin də qalibi partiyamızın irəli sürəcəyi namizədlərin olacağına tam əminik".

Digər xəbərlər