PDF Oxu

Xəbərlər

  • 9

Yaponiya hökuməti İsmayıllıda yeni layihə reallaşdırıb

Yaponiya hökuməti İsmayıllıda yeni layihə reallaşdırıb
İyulun 20-də İsmayıllıda Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilmiş "İsmayıllı rayonunda Tullantıların İdarə olunması Sisteminin Yaxşılaşdırılması" layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məsamitsu Oki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan, millət vəkili Ərəstun Cavadov, İsmayıllı rayon icra hakimiyyəti başçısı Nizami Ələkbərov və başqa şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, yuxarıda adıçəkilən layihə haqqında ümumi məbləği 96,175 ABŞ dolları olan qrant kontraktı 25 dekabr 2009-cu il tarixindəYaponiyanın Azərbaysandakı səfirliyi və Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında imzalanmışdır. Azərbaycan rayonlarında bu sahədə həyata keçirilən ilk layihə çərçivəsində tullantıların praktik və davamlı şəkildə idarə olunması üçün tullantıların sortlaşdırıldığı və yenidən emal edildiyi qurğular, həmçinin, emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi üçün nəzərdə tutulan xüsusi sobalar inşa edilmişdir.
Bundan başqa, Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi layihə çərçivəsində yerli əhali arasında tullantıların idarə olunmasına dair maarifləndirmə işləri aparmış, həmçinin, İsmayıllı şəhəri və ətraf üç kəndində müxtəlif tullantılar üçün müxtəlif tipdə və rəngdə xüsusi zibil qabları yerləşdirmişdir. Hazırkı layihənin 110,500 rayon sakini faydalanacaqdır. Yaponiyanın Azərbaysandakı səfirliyinin ekologiya sahəsində həyata keçirdiyi ilk layihə olmaqla hazırkı layihə, həmçinin, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qarant Yardımı Proqramı" çərçivəsində İsmayıllı rayonunda həyata keçirilmiş artıq səkkizinci layihədir.
2010-cu ilin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə "Azərbaycanda Ekologiya İli" və BMT Baş Assambleyasının 61/203 saylı qətnaməsi ilə "Beynəlxalq Bioloji Müxtəliflik İli" elan edilməsi münasibəti ilə Yaponiyanın Azərbaysandakı səfirliyi ekologiya layihələrinin həyata keçirilməsinə üstünlük verir və Azərbaycanda bu tip layihələri davam etdirməyi planlaşdırır. Təbiəti mühafizə sahəsində irəlidə gedən dövlətlərdən biri olaraq, Yaponiya bu ilin oktyabr ayında Biologi Müxtəliflik Sammitinin Naqoya şəhərində qəbul edəcəkdir.
Xatırladırıq ki, Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" Azərbaycan Respublikasında 2000-ci ildən bəri həyata keçirilməkdədir. Bu qrant proqramı Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönəlmiş və bələdiyyələr, təbii müəssisələr, təhsil müəssisələri, həmçinin, QHT-lər tərəfindən həyata keçirilən layihələrdir. Belə layihələr ətraf mühit, sosial müdafiə, səhiyyə, tibb, təhsil, yoxsulluğun azaldılması və gəlirlərin artırılması sahəsində həyata knçirilə bilər. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycan Respublikasında ümumi məbləği 9390530 ABŞ dolları olan 129 layihə həyata keçirilmişdir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə ümumi məbləği artıq 1 milyard ABŞ dolları keçmişdir.

Digər xəbərlər