PDF Oxu

Xəbərlər

  • 22

"Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq"

"Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq"
Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq. Bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib: "Azərbaycan ərazisində baş verən son daşqınlardan sonra və gələcəkdə belə hallara hazırlıq məqsədilə su səviyyəsinin idarə edilməsi üzrə mərkəzləşdirilmiş sistemin yaradılmasına zərurət yaranıb". Onun sözlərinə görə, ölkə üzrə metosistemlər avtomatlaşdırılmış iş rejiminə keçərək yeniləşdiriləcək. Bundan başqa, su həcminin, dərinliyinin və axınının ölçülməsi üzrə müasir ölçmə sistemləri yaradılacaq: "Azərbaycanda bu sahəyə nəzarət şəbəkəsinin genişləndirilməsi zərurəti yaranıb".Hüseyn Bağırovun sözlərinə görə, mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsi məqsədilə vahid qaydalar tətbiq ediləcək.

Digər xəbərlər