PDF Oxu

Xəbərlər

  • 14

Ekoturizmin inkişafına dair beynəlxalq konfrans keçiriləcək

Ekoturizmin inkişafına dair beynəlxalq konfrans keçiriləcək
10-12 iyun 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ekoturizm üzrə II Ekspert Qrupunun Görüşü və "Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları" mövzusunda beynəlxalq ekoregion konfransını təşkil edir.
Tədbirdə Azərbaycanın Milli Parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, Milli Parklarda ekoturizm fəaliyyətinin tənzimlənməsi, müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu, Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivləri - problemlər, Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri, Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsinə dair (Abşeron yarımadası, Çaylı kəndi timsalında), konkret bir ekoturizm məhsulunun təqdimatı, Azərbaycanda ekoturizmin inkişafının sosial-iqtisadi aspektləri, icmalarda ekoturizm biznesi təbiətin mühafizə edilməsinin iqtisadi stimulu kimi, ekoturizmin effektiv inkişafına mane olan problemlər mövzusunda məsələlər müzakirə olunacaq.
Tədbirin sonuncu günü -iyunun 12-də iştirakçılar üçün Şirvan Milli Parkına ekskursiya təşkil olunacaq.

Digər xəbərlər