"Daşqınların qarşısının alınması üçün əlavə tədbirlər planı hazırlanır"
Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu səbəbdən həm Fövqəladə Hallar Nazirliyinin, həm Daxili İşlər Nazirliyinin, həm də digər qurumların əməkdaşları təhlükəli ərazilərdə növbə çəkirlər.
Kəmaləddin Heydərov iki gün əvvəl Hacıqabulun Talış kəndi istiqamətində Kürün yardığı bənddə bərkitmə işləri aparıldığını deyib: "Orada FHN əməkdaşları Kürün daşmasının qarşısını alıblar".
Nazir Sarısu gölü və digər istiqamətlərdə daşqınların qarşısının alınması üçün bütün qüvvələrin cəlb olunduğunu açıqlayıb: "Cənab prezidentin sərəncamı əsasında yaradılan dövlət komissiyası bütün qüvvələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldib. Bununla bağlı əlavə tədbirlər planı hazırlanır".