PDF Oxu

Xəbərlər

  • 7

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsidir

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsidir

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün, nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası qarşısına qoyulan vəzifələri yerinə yetirir.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin bütün sahələrində YAP-ın ideologiyası özünü göstərməkdədir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özününün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 500 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

YAP Gəncə şəhər təşkilatının yeni inzibati binasının açılışı olub
Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının iştirak etdiyi ümumrespublika müşavirəsi öz işini yekunlaşdırıb. Müşavirənin sonuncu günü ilk olaraq YAP-ın şəhər və rayon təşkilatının sədrləri, ictimaiyyət və KİV nümayəndələri, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təmirdən çıxan yeni binasında yaradılan şəraitlə tanış olublar.
YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov siyasi həmfikirlərə binanın tarixi haqqında məlumat verib. Eyni zamanda, təşkilatın yeni binasında yaradılan şərait və digər zəruri avadanlıqlar barəsində də məlumat verilib və təşkilatın yeni binasındakı sərgidə YAP-ın keçdiyi yollu əhatə edən eksponatlar qonaqlara nümayiş olunub. Sərgidə YAP-ın müxtəlif illərdə keçirdiyi görüşlərin hesabatları, həmçinin, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər də qonaqlarda böyük maraq doğurub. YAP Gəncə şəhər təşkilatının binasındakı sərgidə möhtərəm Prezident cənab İlham Əliyevin Gəncəyə səfərlərini əks etdirən fotolar da nümayiş olunub.

YAP Gəncə şəhər təşkilatında seminar keçirilib
Əsaslı təmirdən sonra istifadəyə verilən YAP Gəncə şəhər təşkilatının inzibati binasındakı şəraitlə tanış olan YAP nümayəndələri burada yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər və sonda xatirə şəkili çəkdiriblər. Eyni zamanda, Gəncədə keçirilən görüşlərin sonuncu günü isə iştirakçılar üçün seminar da keçirilib. Seminarda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iş təcrübəsinin təşkili və partiyanın qarşıdan gələn seçkilərə daxili hazırlıq işləri müzakirə olunub. YAP-ın Sədr müavini və İcra katibi Əli Əhmədov seminarda giriş sözü ilə çıxış edərək, Gəncədə təşkil olunan görüşlərin əhəmiyyətinə toxunub. İcra katibi bildirib ki, müşavirə partiyanın rayon təşkilatlarının işinin qurulmasında, YAP-ın proqramının həyata keçirilməsində və seçkilərə hazırlıq baxımından önəmli əhəmiyyət kəsb edir. Ə.Əhmədov onu da əlavə edib ki, xüsusi olaraq seçki öncəsi təcrübə mübadilələrinin aparılması, seminarların keçirilməsi mühüm əhəmiyyət daşıyır. "Gəncədə keçirilən müşavirəni YAP-ın qarşıdakı istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirirəm. İnanıram ki, bu görüşdən sonra YAP-ın hər bir üzvü öz işini daha da gücləndirəcək" deyən Ə.Əhmədov qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinin uğur qazanacaqlarına da əminliyini ifadə edib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhəridə iki gün davam edən ümumrespublika müşavirəsində partiyanın strukturundakı yeniliklər barədə də məlumat verilib. Onu da əlavə edək ki, keçirilən müşavirədə YAP-ın 74 şəhər və rayon təşkilatının sədrləri və nümayəndələri iştirak edib.

Digər xəbərlər