PDF Oxu

Xəbərlər

  • 10

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir
Dünən, Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatında Yevlax şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçiriləcək şahmat turnirinə start verilib. YAP Yevlax rayon təşkilatının tədbirlər planına uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı keçirilən turnirdə rayonun məktəbliləri iştirak edəcəklər. Turnirin açılış mərasimində çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində keçirilən bu yarış münasibətilə rayon məktəblilərini təbrik edib.
Bildirib ki, ümummilli lider Heydər Əliyevin və Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin şahmat idman növünə göstərdikləri yüksək qayğı və diqqətin təzahürü olaraq, Azərbaycanda da bu idman növünü yüksək səviyyədə inkişaf edib. Artıq ənənə halını almış bu cür şahmat turnirlərinin YAP Yevlax rayon təşkilatı tərəfindən yüksək səviyyədə keçirildiyini bildirən Ə.Quliyev ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq və gənc istedadların aşkarlanması baxımından turnirin əhəmiyyətinin böyük olduğunu söyləyib.
Qeyd edək ki, müəyyən olunmuş əsasnaməyə görə, Yevlax şəhərində keçiriləcək şahmat turniri dairəvi sistem üzrə keçiriləcək turnirdə 8 yaşdan 16 yaşadək 32 nəfər şahmatçı mübarizə aparacaq. Şahmat turniri 10 may 2010-cu ilə kimi davam etdiriləcək və qaliblərə YAP Yevlax rayon təşkilatının qiymətli hədiyyələri və fəxri fərmanları təqdim olunacaq.

Digər xəbərlər