YAP Yardımlı rayon təşkilatının yaradılmasının 17-ci ildönümü tamam olub
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yaradılmasının 17-ci ildönümü tamam olub. YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirib ki, ötən 17 il ərzində təşkilat kəmiyyət və keyfiyyət baxımından xeyli güclənib. "YAP Yardımlı rayon təşkilatı ölkənin çətin ictimai-siyasi şəraitində-7 mart 1993-cü ildə yaranıb. O zamankı hakimiyyətin nümayəndələri təşkilatın yaradılmasına imkan vermək istəməsələr də insanların Ulu Öndər Heydər Əliyevə olan inam və etimadı qarşısında müqavimət göstərə bilmədilər" deyə təşkilat sədri qeyd edib. Onun sözlərinə görə, hazırda YAP Yardımlı rayon təşkilatının 2240 üzvü var. Partiya üzvləri isə 62 ilk təşkilatda birləşiblər. 2009-cu ildə təşkilata 80 nəfərin qoşulduğunu deyən M.Mirzəyev qeyd edib ki, yeni üzvlərin əksəriyyətini gənclər təşkil edir.