PDF Oxu

Xəbərlər

  • 22

"Oljas Süleymenov" adlı kitab çap olunub

"Oljas Süleymenov" adlı kitab çap olunub
AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Aida Feyzullayevanın "Oljas Süleymenov" adlı kitab çap olunub. "Qərb-Şərq" problemi, etnosların tarixi kökləri, onlar arasında mədəni-tarixi əlaqələr, xalqların coğrafi yerləşməsi və böyük köçü, qarşılıqlı təsir və qarşılıqlı inikası - Şumerdən Misirə və Çinə qədər, bəşəri əhəmiyyətli Böyük İpək yolundan müasir dünyanın qloballaşmasınadək... Bütün bu və digər aktual problemlər görkəmli Qazax şairi, alimi, ictimai xadimi, Azərbaycan xalqının əziz dostu Oljas Süleymenovun çoxşaxəli yaradıcılığının örnəyini təşkil edir. Onun yaradıcılığına nəzər saldıqda, qaldırılan və həll olunan problemlərə nə qədər dərindən yanaşıldığının şahidi oluruq. Məhz bu cəhət oxuculara təqdim olunan kitabın müəllifini türk dünyasının böyük oğlu O.Süleymenovun yaradıcılıq ününün "spektral" təhlilini aparmağa sövq etmişdir.

Digər xəbərlər