PDF Oxu

Xəbərlər

  • 12

Bu ilin yanvar ayında əhalinin pul gəlirləri 6% artıb

Bu ilin yanvar ayında əhalinin pul gəlirləri 6% artıb
2010-cu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 1 mlrd. 526,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib. DSK-nın məlumatına görə, hesabat ayında adambaşına düşən nominal gəlir 5,1% - 171,9 manatadək ($214) artıb.Əhalinin gəlirlərinin ümumi həcmindən 82,7% mal alışına və müxtəlif xidmətlərin ödənilməsinə, 10,7% vergi ödənişinə, 6,6% banklarda əmanətlərin həcminin artırılmasına və valyuta alışına yönəldiib. Bütün vergi və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 1 mlrd. 363,1 mln. manat məbləğində gəlir qalıb ki, bu da 2009-cu ilin yanvar ayının göstəricisindən 7% çoxdur. Yanvar ayında Azərbaycanda inflyasiya 0,5%, il ərzində orta hesabla 1,8% təşkil edib. 2010-cu il üçün Azərbaycan hökuməti əhalinin pul gəlirlərini 24,955 mlrd. manat, xərclərini 19,048 mlrd. manat həcmində proqnozlaşdırır.

Digər xəbərlər