PDF Oxu

Xəbərlər

  • 10

"RETA" adlı layihə çərçivəsində beynəlxalq treninq keçirildi

"RETA" adlı layihə çərçivəsində beynəlxalq treninq keçirildi
Azərbaycan Ombudsman Aparatının mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatına görə, Asiya Ombudsmanlar Assosiasiyası bu quruma üzv olan milli insan hüquqları təsisatları arasında "RETA" adlı layihə çərçivəsində beynəlxalq treninq keçirilib. Qeyd edək ki, həmin layihəyə əsasən, üzv ölkələrin milli insan hüquqları təsisatları əməkdaşlarının hüquqi biliklərinin, peşəkarlığının artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin, dəyirmi masa və treninq-seminarların keçirilməsi nəzərdə tutulubdur. Bu qəbildən olan ilk tədbirlər ötən ilin noyabr və dekabr aylarında Cənubi Koreya və Malayziyada keçirilibdir. Adıçəkilən layihə çərçivəsində növbəti treninq fevralın ikinci ongünlüyündə Tailandın paytaxtı Banqkok şəhərində təşkil olunubdur. Ombudsman Aparatının əməkdaşları Zaur Əliyev və Anara Novruzova keçirilmiş treninq-seminarda iştirak ediblər. Ombudsman Aparatının əməkdaşları görüş zamanı fikir və təcrübə mübadiləsi apararaq, Asiya Ombudsmanlar Assosiasiyasının üzvü olan Azərbaycan Ombudsmanı E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində çoxşaxəli fəaliyyəti, milli insan hüquqları təsisatları ilə səmərəli əməkdaşlığı barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanının illik məruzələri, bəyanatları, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və terror aktlarını, habelə, Xocalı soyqırımını əks etdirən disklər təqdim edilibdir.

Digər xəbərlər