Ziyafət Əsgərov: “Proporsional seçki sisteminin bərpasına ehtiyac yoxdur”
"Azərbaycanda proporsional seçki sisteminin bərpasına ehtiyac yoxdur. Bu sistem 2002-ci ildə keçirilmiş refrendum nəticəsində ləğv edilib. Mojaritar sistem isə bir seçki sistemi olaraq özünü doğruldub". Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bugünkü iclasında bəzi müxaliyət parptiyalarının təklifinə münasibət bildirərkən deyib. Z.Əsgərov bildirib ki, öz gücünü ortaya qoymaq və seçicilərlə birbaşa təmas qurmaq baxımından majoriar sistem daha məqbuldur. Onun fikrincə, müxalifət nümayəndələri sadəcə adlarının siyahıya düşməsilə deputat seçilmək istəyirlər. "Azərbaycanda çox sayda partiyalar var. Amma bu proses hələlik klassik sistem formasina gəlib çatmayib. Nə vaxt belə sistem formalaşsa, onda bu məsələyə qayıtmaq olar" deyə birinci vitse-spiker vurğulayıb.