PDF Oxu

Xəbərlər

  • 7

Ölkə mətbuatı dövlətin diqqət mərkəzindədir

Ölkə mətbuatı dövlətin diqqət mərkəzindədir
2009-cu il Azərbaycan mətbuatının inkişafı üçün nə kimi əlamətdar hadisələrlə yadda qaldı? Sizcə, bu il KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının fəaliyyətinin müstəqilləşməsində, maliyyə problemlərinin qismən həllində nə kimi rol oynadı? Bu və ya digər suallarımızla mətbuat nümayəndələrinə müraciət etdik. "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid: - 2009-cı il Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə əlaqədar oldu. Bildiyimiz kimi, yazılı medianın iqtisadi durumu bir o qədər də ürəkaçan vəziyyətdə deyil. Yəni buna görə də bir sıra qəzetlər layihələri realaşdıra bilmir. Bu fondun yaradılması müsbət bir hadisə kimi, yadda qaldı. KİVDDF-nin yaradılması müəyyən maraqlı layihələrin həyata keçirilməsində rol oynadı. Amma demək olmaz ki, sözügedən fond yazılı KİV-in iqtisadi vəziyyətinə ciddi bir təsir göstərdi. Çünki fonda ayrılan vəsait hələ ki, kifayət qədər azdır. Yəni bu vəsaitlə qəzetlərin iqtisadi vəziyyətində dönüş yaratmaq bir qədər çətin olacaq. Biz güman edirik ki, gələcək illərdə sözügedən fondun vəsaiti artırılacaq və KİV-lər tərəfindən bu fonda təqdim olunan iri layihələrin maliyyələşdirilməsində KİVDDF-in rolu olacaq. APA-nın baş direktoru Vüsalə Mahirqızı: - 2009-cu ili mən Azərbaycan mətbuatı üçün xüsusi uğurlu bir il hesab etməsəm də, amma uğursuz il də hesab etmirəm. Ümumən, bu il bizim mətbuatımız üçün önəmli hadisələrdən biri Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması oldu. Bu fond bir neçə dəfə mətbuata müəyyən yardımlar etdi. Bildiyimiz kimi, indi bizim mediamız çox rəngarəngdir, yəni xeyli sayda mətbuat orqanları var. Ayrılan bu vəsaitin miqdarı azdır. Bəlkə də, KİV-lərə ayrılan bu vəsait bizə çox görünməyə bilər. Amma burada məsələ ondadır ki, bu il Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldı və biz artıq bu işə başladıq və başladığımız bu iş gələcəkdə də davam edəcək. Fikrimcə, sözügedən fondun vəsaiti də ildən-ilə artacaq. İkincisi isə, 2009-cu il, ümumiyyətlə, Azərbaycanda internet mediasının inkişafı baxımından, çox önəmli bir il kimi, yadda qalacaq. Azərbaycanda yeni internət portalları yarandı və ölkədə internetə axın artdı yəni internet mediasına diqqət daha çox artdı. Artıq Azərbaycanda internet mediası müzakirə müstəvisinə çıxdı və çoxlu sayda yeni qurumlar yarandı. Eyni zamanda, Azərbaycanda internet medianın reklam bazarı əhəmiyyətli dərəcədə artdı. Bu da 2009-cu il üçün yaxşı uğurlarmızdan biridi. Mən bir daha qeyd etmək istəyirəm ki, bu illər KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldı və bu da artıq bizim maliyyə asılılığından qurtarmağımız istiqamətində atılan ilk addım oldu.

Digər xəbərlər