PDF Oxu

Xəbərlər

  • 12

Bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar-müşavirə keçirilib

Bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar-müşavirə keçirilib
Kəngərli rayonunda növbəti bələdiyyə seçkiləri ilə bağlı seminar-müşavirə keçirilib. Naxçıvan MR MSK-nın sədri M.Qasımov bildirib ki, Kəngərli rayonu üzrə 10 bələdiyyəyə 92 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Seçki günü təyin olunandan sonra rayon üzrə 132 nəfər imza vərəqəsi götürmüş və onlardan hamısı qanunla müəyyən olunmuş müddətdə digər sənədlərlə birlikdə imza vərəqələrini geri qaytarıb. İşçi qrupları tərəfindən sənədlər araşdırılmış və 130 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 104 nəfəri YAP, 14 nəfəri bitərəf, 9 nəfəri BQP və 3 nəfəri "Ümid" partiyasını təmsil edir. Namizədlərin 9 nəfərini qadınlar təşkil edir. MSK-nın sədri bələdiyyə seçkilərinə hazırlıq sahəsində Naxçıvan MR-də aparılan işlərdən və seçki komissiyaları üzvlərinin vəzifələrindən də ətraflı bəhs etdi. Sonra Naxçıvan MR Ali Məclis Aparatı hüquq şöbəsinin müdiri, Naxçıvan MR Prokurorluğunun şöbə rəisi və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini seminar-müşavirədə iştirak edənlərin suallarını cavablandırdılar.

Digər xəbərlər