PDF Oxu

Xəbərlər

  • 5

YAP qələbələr, uğurlar partiyasıdır

YAP qələbələr, uğurlar partiyasıdır
Azərbaycan tarixində öz siyasi mübarizəsi, apardığı uğurlu nailiyyətləri ilə bütün dünya siyasətçiləri və Azərbaycan xalqı tərəfindən dəstəklənən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının üzvləri partiyanın 17 illik yubileyilə bağlı keçirilən toplantıdan əvvəl şəhərin mərkəzindəki Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Tədbirdə YAP Tovuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov YAP-ın tarixi zərurətdən yaranan partiya olduğunu qeyd etdi. Həmin dövrdə ölkədə mövcud duruma diqqət yönəldən M.Bayramov bildirdi ki, müstəqillik aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, Azərbaycan xalqı bunun sevincini yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hiss etməyə başladı. Azərbaycan həmin illərdə müstəqilliyini itirmək, bir dövlət olaraq, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Belə bir çətin anda xalq üzünü öz xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutdu.
M.Bayramov ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciətindən və Ulu Öndərin xalqla birliyini, həmrəyliyini təsdiqləyən cavabından danışdı. Ulu Öndər cavab məktubunda bildirdi ki, müstəqilliyimiz tarixi nailiyyətimizdir. Onu qorumaq, daha da möhkəmləndirmək gərəkdir.
YAP-ın 17 ildə keçdiyi şərəfli yolu təhlil edən YAP Tovuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən M.Bayramov Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikri xatırlatdı: "Yeni Azərbaycan Partiyasını yaradanlar Azərbaycan, millətimiz, dövlət haqqında düşünürək, axtarışla məşğul olmuş, məsləhətlər aparmış, bu partiyanı yaradan insanlar şəxsi mənafe haqqında düşünməmişlər. Xalqa, vətənə, millətə xidmət etmək üçün YAP-ı bir vasitə kimi yaratmışlar. Xalqa, dövlətə xidmət daim YAP-ın həyata keçirdiyi siyasətin əsasında dayanıb. Ona görə də, YAP yarandığı gündən ümumxalq partiyasına çevrildi. Partiyanın sıralarının gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşdirilməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir".
Hal-hazırda YAP Tovuz rayon təşkilatının 128 ərazi təşkilatında 5300 nəfərdən çox partiya üzvünün olduğunu deyən M.Bayramov onu da vurğuladı ki, onların da 2350 nəfərini qadınlar, 1140 nəfərini isə gənclər təşkil edir. O, partiyaya gənclərin axınını yüksək dəyərləndirdi: "Azərbaycan gənclər ölkəsidir. Bu gün gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığı onlara olan diqqətdən və qayğıdan irəli gəlir".
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov partiyanın cəmiyyətdəki mövqeyindən danışdı. Bildirdi ki, xalqın bu partiyaya inamı 15 oktyabr prezident seçkilərində Ulu Öndərimizin layiqli varisi İlham Əliyevin Prezident seçilməsinə dəstək verməklə bir daha təsdiqləndi. "YAP dünənin, bugünün, gələcəyin partiyasıdır."
T.Zeynalov bu gün respublikada aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs etdi. Bildirdi ki, bu işlər ölkəmizin iqtisadi imkanlarına əsaslanır. İqtisadi qüdrətin artmasında isə başlıca amil müəllifi Ulu Öndər Heydər Əliyev olan neft strategiyasıdır. Çoxlarına əfsanə kimi görünən layihələrin reallığa çevrilməsi Azərbaycanın iqtisadi və maliyyə imkanlarını genişləndirir: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev son beş ildə gördüyü işlərlə 15 oktyabr prezident seçkilərində qələbəsini təmin etdi. Xalqımız cənab İlham Əliyevi dəstəkləməklə, uğurlu gələcəyinə səs verdi".
Tədbirdə respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən təşkilat üzvlərinə fəxri fərmanlar, yeni üzv qəbul olunanlara isə YAP-ın üzvlük vəsiqəsi təqdim olundu.

Digər xəbərlər