PDF Oxu

Xəbərlər

  • 22

Rauf Əliyev: YAP bələdiyyə seçkilərinə inamla gedir

Rauf Əliyev: YAP bələdiyyə seçkilərinə inamla gedir
"Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla bağlı bütün tədbirlər həyata keçirilir. Partiyamız bu seçkilərə inamla gedir". Bu sözləri YAP-ın Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib. R.Əliyev xatırladıb ki, YAP seçki qanunvericiliyinə uyğun olaraq indiki mərhələ üçün bütün lazımi addımları atıb, müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. "Bilirsiniz ki, partiyamızın namizədləri müvafiq dairə seçki komissiyalarından qeydiyyatdan keçiblər. Bir sözlə, ölkədə seçkiqabağı mühit normaldır və əminəm ki, dekabrın 23-də azad və demokratik seçkilər keçiriləcək"- deyə R.Əliyev qeyd edib.

Digər xəbərlər