Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda beynəlxalq tədbir keçiriləcək
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 11-12-də Bakıda Azərbaycan Diplomatik Akademiyasının və İslam Konfransı Təşkilatının Baş Katibliyinin birgə təşkilatçılığı ilə "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq tədbir keçiriləcək. Yerli və xarici mütəxəssislərin iştirak edəcəyi tədbirdə Azərbaycanın sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələrdən, bu sahədə görülmüş və görüləcək işlərdən danışılacaq, faydalı müzakirələr aparılacaq.