YAP Səbail rayon təşkilatının qadınlar şurası bələdiyyə seçkilərinə ciddi hazırlaşır
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı qadınlar şurasının toplantısı keçirilib.
YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynadığını və bələdiyyə seçkilərinin ciddi sınaq olduğunu qeyd edən rayon qadınlar şurasının sədri Nübar Muxtarova bildirib ki, rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Azərbaycan xalqı YAP-a inanır. Məhz bu inamın nəticəsidir ki, partiya üzvlərinin sayı getdikcə artır. Onların 14 minə yaxını qadındır. Bələdiyyə seçkilərində qadın namizədlərin sayı artmaqdadır. Təkcə Səbail rayonundan 9 qadın namizədliyini irəli sürüb. Qeyd edilib ki, seçkilərdə qadınların fəallığını artırmaq üçün maarifləndirmə işləri aparılmalıdır. Təşkilat bu kampaniyada qələbə qazanmaq əzmindədir.
Toplantıda bələdiyyə seçkilərinə hazırlıq məsələləri haqqında məlumat verilib, bu mühüm siyasi kampaniya ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb.