PDF Oxu

Xəbərlər

  • 12

“Bələdiyyə - 2009”

“Bələdiyyə - 2009”
Hazırda ölkəmizin hər yerində 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı geniş tədbirlər keçirilir. "Yerli Demokratiya Həftəsi" çərçivəsində "İrəli" İctimai Birliyi və respublikamızın şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə oktyabr ayının 21-dən başlayaraq ölkəmizin müxtəlif bölgələrində təlimlər start götürmüşdür.
Noyabrın 1-dən başlayaraq Cəlilabad, Qax, Qobustan, noyabrın 2-dən isə Şəki, Şamaxı, Biləsuvar və Zaqatalada rayonlarında "Yerli demokratiya həftəsi çərçivəsində" "Bələdiyyə - 2009" layihəsinin növbəti tədbirləri davam edir. Layihə ilə bağlı "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün "Bələdiyyələrin statusu" və "Seçkiqabağı təşviqatın təşkili" mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılır: "Vətəndaşların diqqətini seçkilərə cəlb etmək üçün əyani vasitə olaraq "Yerli demokratiya həftəsi"nin loqotipi və seçiciləri fəal iştiraka çağıran plakatlar asılmış xüsusi avtobuslar Azərbaycan Respublikasının bütün şəhər və rayon ərazilərinə göndəriləcək, eyni zamanda, rayonlarda layihənin posterləri asılacaqdır. Təlimlərlə yanaşı, Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında "Gələcək gənclərlə gələcək" şüarı altında klassik Azərbaycan musiqi konsertlərinin təşkili də planlaşdırılıb. Tədbirdə bələdiyyə seçkilərinə maraq göstərən gənc fəallar iştirak edirlər.

Digər xəbərlər