PDF Oxu

Xəbərlər

  • 10

“Tək və ya müşayiət olunmayan uşaqların milli insan hüquqları institutları tərəfindən müdafiəsi”

“Tək və ya müşayiət olunmayan uşaqların milli insan hüquqları institutları tərəfindən müdafiəsi”
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova təsisatın əməkdaşları İtaliyada "Tək və ya müşayiət olunmayan uşaqların milli insan hüquqları institutları tərəfindən müdafiəsi" mövzusunda da keçirilən beynəlxalq tədbirdə iştirak edib. Həmçinin, nümayəndələr Avropa Şurasının təşkil etdiyi çoxsaylı tədbirlərdə iştirak edərək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi də aparıblar.
AŞ və Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan ombudsmanının da yaxından iştirak etdiyi müvafiq layihə 2008-2009-cu illəri əhatə edir və bu layihə AŞ İnsan Hüquqları üzrə komissarının ofisi tərəfindən həyata keçirilir. Həmin layihənin məqsədi Paris Prinsiplərinə cavab verən milli insan hüquqları institutları arasında şəbəkə yaratmaqla onların işinin səmərəsini daha da artırmaqdır. Layihəni həyata keçirərkən üzv ölkələrdə insan hüquqları sahəsində maarifləndirmə işinin gücləndirilməsi, bu istiqamətdə əsas problemlərin aşkara çıxarılması, milli insan hüquqları institutlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi məqsədlər hədəf olaraq müəyyənləşdirilmişdir.
Qeyd olunan layihə çərçivəsində İtaliyanın Padua Universitetinin İnsan Hüquqları Mərkəzinin, habelə, AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş Direktorluğunun birgə təşkilatçılığı ilə "Tək və ya müşayiət olunmayan uşaqların milli insan hüquqları institutları tərəfindən müdafiəsi" mövzusunda keçirilən seminara Beynəxalq Ombudsmanlar İnstitutunun təmsilçiləri, AŞ-nin, Padua Universitetinin ekspertləri, İrlandiya, Xorvatiyanın Uşaq Hüquqları Ombudsmanları, bir sıra ölkələrin - Azərbaycan, Fransa, İspaniya, Belçika, Andorra, Albaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Litva, Moldova, Bolqarıstan, Macarıstan, Serbiya, Sloveniya, habelə, Rusiya Federasiyasının bir neçə subyektinin ombudsman təsisatlarının, milli insan hüquqları institutlarının nümayəndələri qatılıb.
Azərbaycan Ombudsman təsisatını Aparatın Hüquqi Maarifləndirmə sektorunun böyük məsləhətçisi Faiq Ağayev və Protokol sektorunun aparıcı mütəxəssisi Fərqanə Məmmədxanova təmsil ediblər. Tədbirdə İrlandiyanın Uşaq Hüquqları Ombudsmanı Emili Logan, Uşaqların Xilası (Save the Children) Təşkilatının İtaliya nümayəndiliyinin təmsilçisi Mariya Antoniya Di Mayo, Padua Universitetinin İnsan Hüquqları və Xalqların Hüquqları Mərkəzinin təmsilçisi S.Valenti, həmin mərkəzin professoru P.D.Stefani, İtaliyanın Daxili İşlər Nazirliyinin, Belçikanın Federal Ədliyyə Nazirliyinin təmsilçiləri, digər tanınmış ekspertlər və hüquq mütəxəssisləri tək və müşayiət olunmayan uşaqların saxlanılmamaq və hüquqi qəyyumla təmin edilmək hüququ, bu uşaqları insan alverindən qorumaq üçün yerli səviyyədə görülən müdafiə tədbirləri, bu sahədə təcrübə, onların sosial hüquqları, xüsusilə, sağlamlıq və təhsil hüquqları, "həyat ideyası layihəsi" və s mövzular üzrə çıxışlar edilib.
Ombudsman təsisatının nümayəndələri müzakirələrdə çıxış edərək, Ermənistanın respublikamıza qarşı təcavüzü, bu təcavüz nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrildiyini, bunların 35 faizinin uşaqlar olduğunu, müvəkkilin uşaq, xüsusilə, qaçqın və məcburi köçkün uşaqların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, onların təhsil və sağlamlıq hüquqlarının təmin edilməsi sahəsində müvəkkilin gördüyü tədbirlər, ombudsmanın uşaq resurs mərkəzi olan "Uşaq və Gənclərin Sülh Şəbəkəsi" və onun nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin fəaliyyəti haqqında məlumat veriblər.
Eyni zamanda, 2009-cu ilin ölkə Prezidentinin fərmanı ilə Uşaq İli elan edildiyi, müvəkkil E.Süleymanovanın insan hüquqlarının orta təhsil məktəblərində pilləli təhsili ilə bağlı təklifi bununla əlaqədar təhsil nazirliyi ilə əməkdaşlıqda təhsil modullarının işlənib hazırlandığı, müvəkkilin "Uşaqlar üçün Yararlı Azərbaycan" adlı Strateji Proqramın qəbul edilməsi, "Yuvenal Ədliyyə" proqramının işlənib hazırlanması, Uşaqların cismani cəzanın bütün formalarından qorunması haqqında Qanunun qəbul edilməsi, "Uşaqların cinsi zorakılıq və cinsi istismardan müdafiəsi" haqqında Avropa Konvensiyasının ratifikasiya edilməsi, 2009-cu ilin dövlət büdcəsində "Uşaq dostu büdcəsi"nin müəyyən edilməsi ilə bağlı təkliflər verdiyi diqqətə çatdırılıbdır.
Tədbir iştirakçılarına Azərbaycan ombudsmanının illik məruzələri, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və terror aktlarını, habelə, Xocalı soyqırımını əks etdirən disklər, həmçinin, müvəkkilin adıçəkilən bəyanatları, MFP-nin nüsxələri təqdim edildi.

Digər xəbərlər