2800 nəfər YAP üzvü doldurulmuş imza vərəqələrini dairə seçki komissiyalarına təqdim edib
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hazırlığını uğurla davam etdirir.
Bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirlər operativ şəkildə həyata keçirilməkdədir.
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün hər biri qanunvericiliklə tələb olunan müvafiq sənədləri dairə seçki komissiyalarına təqdim etmiş və namizədliklərinin müdafiəsi ücün imza vərəqələri götürmüşdür.
26 oktyabr tarixə olan məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülmüş 2800 nəfər artıq tələb olunan imzaları toplayaraq müvafiq secki komissiyasına təqdim etmişdir.