PDF Oxu

Xəbərlər

  • 11

BMT-in “Ayağa qalx, fəal ol, yoxsulluğa son qoy” kampaniyasına 173 milyondan artıq insan qoşulub

BMT-in “Ayağa qalx, fəal ol, yoxsulluğa son qoy” kampaniyasına 173 milyondan artıq insan qoşulub
Bu həftə 120 ölkədə 3000-dən artıq tədbirdə 173 milyon 45 min 325 vətəndaşın bir araya gəlməsi ilə yeni lGinnes dünya rekordu"na imza atıldı. Tədbirlərdə iştirak edən insanlar öz hökumətlərindən ifrat yoxsulluğa son qoymaqlarını və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmağı tələb ediblər. Artıq dörd ildir ki, keçirilən "Ayağa qalx, fəal ol, yoxsulluğa son qoy" kampaniyası keçən illə müqayisədə 57 milyon artaraq bu il "Ginnesin dünya rekordu" tərəfindən insanların ən böyük səfərbərliyi kimi təsdiq olundu.
Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya departamentinin Azərbaycandakı nümayəndəliyindən "Səs" qəzetinə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirlərin birində BMT-nin Baş katibi Ban Gi Mun qeyd edib ki, əgər biz ayağa qalxsaq, fəal olsaq, yoxsulluğa son qoya bilərik. Onun sözlərinə görə, Ayağa qalx kampaniyası da məhz bunun təzahürüdür. Buna görə MİM-i diqqət mərkəzində saxlamaq üçün, gələn il BMT-nin sammiti keçiriləcək.
Məlumatda qeyd olunur ki, kampaniyaya Asiyadan 100, Afrikadan 37, Ərəb regionundan 31, Avropadan 2 milyondan, Latın Amerikasından 200, Şimali Amerikadan 200 və Okeaniyadan isə 170 mindən artıq insan qatılıb.
Dünya ölkələrində bu istiqamətdə tədbirlərin keçirilməsi davam etdirilir. BMT də, öz növbəsində, bütün dünyada BMT İnformasiya Mərkəzlərinin hazırladığı müxtəlif tədbirlərlə ayağa qalx kampaniyasını dəstəkləyib. Məsələn, Misirdə BMT İnformasiya Mərkəzinin təşkil etdiyi səfərbərlikdə bütün ölkə boyu 25 milyon insan məscidlərdə, 2 milyondan artıq insan pravoslav kilsələrində və mindən artıq insan məktəblərdə ayağa qalxıb. Yüzlərlə insan oktyabrın 16-sı Beynəlxalq Əmək Təşkilatının Cenevrədəki baş qərargahında BƏT-in Baş katibi Xuan Somavianın başçılığı və BMT İnkişaf Proqramı, həmçinin, BMT agentliklərinin birgə hazırladığı aksiyada ayağa qalxıblar.
Əlavə məlumat üçün bildirək ki, BMT Minillik Kampaniyasının əsası 2002-ci ildə BMT-nin Baş katibi tərəfindən qoyulub. Təşviqat kampaniyası, MİM-lərin həyata keçirilməsi üçün vətəndaşların öz hökumətlərini məsuliyyətə çağıran təşəbbüslərini dəstəkləyir. MİM 2000-ci ildə Minillik Bəyannamənin bir hissəsi kimi dünyanın kasıb və varlı ölkələrindən olan 189 dünya lideri tərəfindən də qəbul edilib. Həmin liderlər məqsədləri 2015-ci ilə qədər həyata keçirəcəklərinə razılaşıblar.

Digər xəbərlər