PDF Oxu

Xəbərlər

  • 8

YAP Göyçay rayon təşkilatının bələdiyyə seçkilərilə bağlı toplantısı keçirilib

YAP Göyçay rayon təşkilatının bələdiyyə seçkilərilə bağlı toplantısı keçirilib
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının toplantısı keçirilib. Təşkilatın sədri Ramiz İbrahimov rayon ərazisində olan 26 bələdiyyədə 244 yer uğrunda mübarizə aparılacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, 244 yerin hər biri üçün YAP Göyçay rayon təşkilatı öz namizdlərini irəli sürüb: "Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malik bir partiyadır. Biz hər zaman seçkilərə yeni texnologiya və inkişafı hədəfləyərək qatılırıq. Bu səbəbdən də, xalqın seçimi Yeni Azərbaycan Partiyası olur. Qarşıdan gələn bələdiyyə seçkilərində də qələbə çalacağımıza əminik. Biz bütün yerlər uğrunda mübarizə aparacağıq və artıq namizədlərimizi də müəyyənləşdirmişik. İrəli sürülən namizədlər arasında gənclərə və qadınlara üstünlük verilib. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı seçkiyə tam hazırdır".İclasda maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslərin və səlahiyyətli nümayəndələrin siyahısı təsdiq olunub.

Digər xəbərlər