PDF Oxu

Xəbərlər

  • 12

Ombudsman Liderlik məktəbinin doqquzuncu tədris ilinin açılışında iştirak edib

Ombudsman Liderlik məktəbinin doqquzuncu tədris ilinin açılışında iştirak edib
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, şəbəkənin üzvləri təmsil etdikləri təşkilatın fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər. Qonaqlar da Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin fəaliyyətini əks etdirən slaydlara baxıblar.
Tədbirdə çıxış edən E.Süleymanova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsinə, uşaq və gənclərin təlim-tərbiyəsi, ahəngdar inkişafı və sağlamlığı problemlərinin həllinə dövlət tərəfindən mühüm əhəmiyyət verildiyini bildirib. O, uşaqların problemlərinin milli prioritetlər səviyyəsinə qaldırıldığını, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən, çoxsaylı yeni məktəb binasının tikildiyini, təhsil, məktəbəqədər və sağlamlıq müəssisələrinin, uşaq evlərinin əsaslı təmir olunduğunu vurğulayıb.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən Liderlik məktəbinə yüzlərlə uşaq qoşulub. Bu məktəb uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və treynerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, o cümlədən onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təmsil olunduğu bu məktəbi indiyədək 350-dək məzun bitirmiş və sertifikatlar alıb. "Azərbaycan - yurdum mənim!" devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, ekologiyası, ədəbiyyatı, mədəniyyəti, habelə insan hüquqları, o cümlədən uşaq hüquqları öyrədilir.

Digər xəbərlər