Misir Mərdanov: “Təssüf ki, bizim təhsil haqlarının artırılması ilə bağlı məsələlərə təsir etmək imkanımız yoxdur”
Onun sözlərinə görə, qaydalarda və qanunlarda belə təsbit olunub ki, dövlət təhsil müəssisələrində tələbələrin təhsil haqqı məsələsini Tarif Şurası müəyyənləşdirir. Nazir qeyd edib ki, özəl təhsil müəssisələrində bu normativ aktlar hələlik bəlli deyil.
"Belə çıxır ki, kim nə istəsə onu da edə bilər. Amma bu mümkün deyil. Nazirlik yaxın gələcəkdə bu barədə müvafiq qurumlarla müəyən işlər görəcək", - deyə nazir əlavə edib.