Seçki məsələsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir. 1993-cü ildən bu günə kimi Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də vətəndaş iradəsinin tərənnümünə geniş yer verilir. Artıq seçki günü yaxınlaşır. Həmişə olduğu kimi, bu seçkilərə də Yeni Azərbaycan Partiyası böyük əhval-ruhiyyə ilə hazırlaşır. Məhz bu ciddi hazırlıq işlərinin uğurla aparılması, onu deməyə əsas verir ki, ölkəmizdə formalaşmış seçki ənənələri və seçki mədəniyyəti bu seçkinin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq.
Əzizə Vahabova: "Ölkəmizdə demokratik dəyərlərə bariz töhfə olan seçki məsələsi dövlətimiz tərəfindən diqqət mərkəzində olub"
"Ölkə vətəndaşlarının istək və arzularının yeganə tərənnümü olan seçkilərin tam demokratik keçirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Bunun bariz nümunəsinin ölkədə bu günə qədər keçirilmiş bütün seçkilərin vətəndaş iradəsini ifadə etməsi ilə bağlıdır" fikrini söyləyən Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha dainkişaf etdirildiyini bildirdi: "Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının müasir dövrümüzdə yeganə xilaskarı və ümummilli lideridir. Onun müəyyənləşdirmiş olduğu milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır. Demokratik dəyərlərin tərənnümü də ulu öndərin başlıca məramlarından biri olmuşdur. Elə bu məqsədlə də Azərbaycana sivil dəyərlərin gətirilməsi və inkişaf mərhələsi başlanmışdır. Bu gün isə bu istiqamətdə əldə olunan nəticələr və qarşıya qoyulan vəzifələr daha məqsədli formada yerinə yetirilir: "Ölkəmizdə demokratik dəyərlərə bariz töhfə olan seçki məsələsində dövlətimiz həmişə yüksək peşəkarlıq nümayiş etdirmişdir. YAP tərəfindən keçirilən bu seçki proseslərinin hər biri ayrı-ayrılıqda böyük anlam kəsb edir. Bu mənada YAP İsmayıllı rayon təşkilatında da, respublikamızın hər yerində bu günə qədər keçirilmiş seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atılıb. Rayon ərazisində fəaliyyət göstərən DSK və məntəqələrdə qarşıdan gələn seçkiyə hazırlıqla bağlı ciddi işlər görülür. Eyni zamanda, rayon ərazisində yerli özünüidarəetmə orqanlarında layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşmələr aparılmaqdadır".
"Seçki siyahılarının dəqiqləşdirilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinin də, digər seçkilər kimi, rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün ən zəruri və xırda detallara əməl edilir" deyən Ə.Vahabova bu seçkinin də tam demokratik və şəffaf formada keçiriləcəyinə əminliyini ifadə edib. YAP Mərkəzi Aparatının tövsiyələrinə uyğun olaraq İsmayıllı rayon təşkilatının idarə heyətinin toplantısının keçirildiyini bildirən Ə.Vahabova avqustun 1-dən etibarən qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyən işlərə start verildiyini də nəzərə çatdırdı. Rayonun kənd və qəsəbələrində namizədlərin müəyyənləşməsi, dairə və məntəqələrdə işin qurulması ilə bağlı bir çox işlərin göürüldüyünü bildirən Ə.Vahabova bələdiyə seçkilərinə YAP İsmayıllı rayon təşkilatının çox ciddi və yüksək əhval-ruhiyyədə hazırlaşdığını vurğuladı.
Gündüz Bayramov: "Hər bir cəmiyyət özünün istək və arzularına uyğun bir sistem formalaşdırır"
"Demokratik dəyərlərlə idarə edilməsi dövlətimizin dünya miqyasında layiqli formada təmsil edilməsi üçün ən prinsipial vəzifələr yerinə yetirilir. Seçki məsələsi də bu istiqamətdə ən ümdə vəzifələrdən biri kimi xarakterizə olunur" deyən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş anlamda tərünnüm olunduğunu dilə gətirib. Qeyd edib ki, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir və ona görə də, dövlətimiz tərəfindən mühüm addımlar atılır: "Cəmiyyətimiz inkişaf etdikcə istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərin adı ilə bağlı olduğu üçün buradakı demokratik göstəricilər də Onun adı ilə bağlıdır. Ölkəmizin dərin köklər üzərində bərqərar olunmasını və zəngin tarixi irsə malik olmasını nəzərə alan ulu öndər Heydər Əliyev həmişə milli kimliyimizin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində səylər göstərib. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəfaflığı və demokratikliyi ilə səciyyələnib.
Əli Hüseynov: "Seçicilər bu seçkidə də YAP-ın namizədlərinə səs verəcək"
YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov 2009-cu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə böyük əhval-ruhiyyə ilə hazırlaşdıqlarının dedi. Ə.Hüseynov bu seçkilərdə qadınlara və gənclərə daha çox üstünlük veriləcəyini də vurğuladı. Sədrin sözlərinə görə, Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçib. H.Hüseynovanın sözlərinə görə, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır:" O deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik". Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm".
YAP Ağsu rayon təşkilatının sədri bildirdi ki, bu gün ölkədə qadınların bir çox sahələrdə, səhiyyə, təhsil, hətta idman hərəkatında böyük nüfuz sahibi olduqları üçün qadınlarımızın bələdiyyələrdə iştirakı da önəmli amillərdən biridir: "Lakin hazırda ölkədəki 2753 bələdiyyənin yalnız 53 sədri qadındır. Namizəd kimi qadınlar passivlik nümayiş etdirirlər. Ötən seçkilərdə qadınların 5,5 faizi iştirak edib və cəmi bələdiyyə üzvlərinin 4 faizini qadınlar təşkil edir".