PDF Oxu

Xəbərlər

  • 12

YAP Xətai rayon təşkilatında seçki qərargahı yaradılıb

YAP Xətai rayon təşkilatında seçki qərargahı yaradılıb
Bu ilin dekabrında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Digər seçki kampaniyalarında olduğu kimi bələdiyyə seçkilərinə hazırlıq prosesində də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, sıraları kəmiyyət və keyfiyyət baxımından ildən-ilə möhkəmlənən Yeni Azərbaycan Partiyası fəallığı ilə seçilir. Seçki prosesinə rəsmi start verilməsə də partiyanın şəhər və rayon təşkilatlarında hazırlıq işləri həyata keçirilməkdədir. Məqsəd qarşıdan gələn bələdiyyə seçkilərində də partiyanın qələbəsini təmin etməkdir. Seçkilərin nəticələri sözsüz ki, prosesə hazırlığın səviyyəsindən xeyli asılıdır.
Bütün sekçi proseslərində xüsusi fəallıq nümayiş etdirən YAP Xətai rayon təşkilatında hazırlıq işlərinin hansı istiqamətlərdə həyata keçirilməsi barədə məlumat almaq üçün YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmova müraciət etdik.
Təşkilat sədri öncə bu günədək ölkədə keçirilən seçki proseslərinin demokratikliyini təmin etmək istiqamətində Azərbaycan dövlətinin atdığı addımlardan geniş bəhs etdi. Bildirdi ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnməkdə maraqlı olan dövlətimiz daim yeniliyin, yeni təcrübələrin seçki qanunvericiliyində öz əksini tapmasına səy göstərir. 2003-cü il prezident seçkilərindən öncə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də deyilənlərə əyani sübutdur. Həmin ərəfədə Azərbaycan hökumətinin seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə danışıqlara başlaması və onların təkliflərinin də Seçki Məcəlləsində öz əksini tapması beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildi. Baxmayaraq ki, 2003-cü ilin mayında beynəlxalq təşkilatların da ümumi rəyi əsasında qəbul olunan Seçki Məcəlləsi ölkədə bütün seçkilərin, ümumxalq səsverməsinin demokratik, azad və ədalətli keçirilməsinə tam zəmin yaradır, Azərbaycan hökuməti daim bu sənədin yeniləşməsinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini özündə əks etdirməsinə çalışır.
Bu gün də dövlətimiz qarşıdan gələn bələdiyyə seçkilərinin dünya standartlarına uğyğun keçirilməsi istiqamətində lazımi işləri görür. Ölkənin aparıcı siyasi partiyası olan YAP bu istiqamətdə səylərini əsirgəmir.
YAP Xətai rayon təşkilatı da digər rayon təşkilatları kimi artıq hazırlıq işlərinə başlayıb. Bununla əlaqədar olaraq təşkilatda 18 nəfərdən ibarət seçki qərargahı yaradılıb.
YAP Xətai rayon təşkilatının sədri qeyd etdi ki, artıq bu istiqamətdə fəaliyyət proqramı hazırlanıb. lBu gün ölkənin hər bir bölgəsində bələdiyyə seçkilərinə hazırlıqla bağlı ciddi iş gedir. Ölkənin hakim Yeni Azərbaycan Partiyası isə bu istiqamətdə daha fəaldır. Partiyanın rayon təşkilatları artıq fəaliyyət proqramları tərtib ediblər. İnanıram ki, təşkilatımız bu seçkilərdə də öz işini yüksək səviyyədə quraraq kampaniyanı uğurla başa vuracaq. 16 minə yaxın üzvü olan YAP Xətai rayon təşkilatı indiyə qədər ölkədə keçirilən bütün siyasi kampaniyalarda yüksək nəticələr əldə edib."

Digər xəbərlər