PDF Oxu

Xəbərlər

  • 9

YAP Zərdab rayon təşkilatında seçki qərargahı yaradılıb

YAP Zərdab rayon təşkilatında seçki qərargahı yaradılıb
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı artıq bələdiyyə seçkiləri ilə bağlı hazırlıq prosesinə start verib. Təşkilatın sədri Tofiq Abdullayevin verdiyi məlumata görə, artıq rayon təşkilatı öz seçki qərargahını yaradıb. 15 nəfərdən ibarət olan seçki qərargahına YAP rayon təşkilatının sədri rəhbərlik edəcək. 27 bələdiyyə üzrə keçiriləcək seçkilərdə partiya üzvlərinin fəal iştirakı da təmin ediləcək: "Namizədlərin müəyyənləşdirilməsi üzərində müzakirələr aparılır. 27 bələdiyyə üzrə seçkilər baş tutacaq. 62 ilk ərazi ilk təşkilatı üzrə 3600 nəfərə yaxın partiya üzvü seçkilərdə fəal iştirak edəcək. Yeni Azərbaycan Partiyasının böyük seçki praktikası var və inanıram ki, bu praktika özünü bələdiyyə seçkilərində də doğruldacaq".

Digər xəbərlər