PDF Oxu

Xəbərlər

  • 13

Ali məktəblər üçün proqramm təminatının hazırlanması üzərində iş gedir

Ali məktəblər üçün proqramm təminatının hazırlanması üzərində iş gedir
Təhsil Nazirliyindən bildiriblər ki, ötən tədris ilində təhsilin idarə olunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası (təhsilin idarə olunmasının məlumat bazası) yaradılıb.
Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird, 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat yerləşdirilib. Təqdirəlayiq haldır ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin özləri tərəfindən aparılmış və həmin məlumatlar tədris ili ərzində daim yeniləşdirilib. Ötən tədris ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanları TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə əsasən, şagirdlərə verilən şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına daxil edilib. Görülmüş işlərin nəticəsi olaraq, yeni dərs ilindən statistik hesabatların proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni tədris ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçməsi və 11-ci sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində iş gedir.

Digər xəbərlər