PDF Oxu

Xəbərlər

  • 7

Bəzi “hüquq müdafiəçiləri” ölkəmiz əleyhinə çalışırlar

Bəzi “hüquq müdafiəçiləri” ölkəmiz əleyhinə çalışırlar
Bəzi "hüquq müdafiəçilər"i ölkəmizin əleyhinə çalışmaqdan belə çəkinmirlər. Özlərini "siyasətçi" hesab edən üzdəniraq "hüquq müdafiəçiləri" öz maraqlarını dövlətçilik maraqlarından üstün tuturlar. Bu da, onu göstərir ki, həmin şəxslər üçün dövlət, dövlətçilik maraqları yox dərəcəsindədir. Müsavat partiyasının başqanı İsa Qəməbrov, AXCP (i)-nin hər zaman pozuculuq fəaliyyəti ilə məşğul olan sədri Əli Kərimov, ALP-nin hələ də subaylığın daşını ata bilməyən sədr əvəzi Əvəz Temirxan, "MBH" lideri Lalə Hacıyeva və digər bu əqidədə olan radikal müxalifət "bəy"ləri bircə dəfə də olsun xalqı düşünməyiblər. Onlar xarici sponsorlarından aldıqları 5-10 qəpiyə görə, ölkəmiz haqqında yanlış məlumat verirlər, sanki onlar respublikamızda gedən inkişafı görmürlər. "Bəy"lər, budurmu müxalifətçilik, budurmu siyasət? Bilməlisiniz ki, dövlətə, dövlətçiliyə qarşı müxalif mövqedə olmaq Vətənə xəyanətdir. Gərək bu səhv yolunuzdan əl çəkəsiniz. Beş-on manat pula görə, dövlətçilik maraqlarını qiymətləndirməyi bacarmayan insanlar necə hakimiyyətə gələ bilərlər? Xalq onlara necə etimad göstərəcək? Məhz bütün bunların nəticəsidir ki, müxalifət "bəy"ləri neçə illərdir iqtidara gələ bilmirlər.
Müxalifət "ağa"larından geri qalmayan bir neçə "hüquq müdafiəçiləri" var ki, onlar da xarici donorların puluna susayaraq, Azərbaycan haqqında beynəlxalq təşkilatlara, insan haqları ilə məşğul olan qurumlara yanlış məlumatlar verirlər. Hər il xarici havadarlarının diqtəsi ilə yeni bir siyahı hazırlayırlar. Həmin siyahıda bir neçə insanı "siyasi məhbus" kimi qələmə verirlər. Onlar- Leyla Yunusova, Səidə Qocamanlı, Novella Cəfərova kimi qadın hüquq müdafiəçilərimiz gərək bu hərəkətlərinə son qoysunlar. Çünki ölkəmizin Qarabağ kimi problemi var. Gərək adını hüquq müdafiəçisi qoymuş şəxslər 1 milyondan artıq Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırsınlar.

Digər xəbərlər